Qəza oldu, nəqliyyat naziri istefa verdi

qeza-oldu-neqliyyat-naziri-istefa-verdi
Oxunma sayı: 646

Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb. İlkin məlumata görə, ölkənin Asyut vilayətində qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 45 uşaq həlak olub, doqquz nəfər ağır xəsarət alıb.

Faciə yerli vaxtla səhər saat səkkizdə baş verib. Əvvəlcə əksəriyyəti uşaqlar olmalqa 30 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Əldə olunan məlumata gögrə, Qahirə-Asuan marşrutu ilə hərəkət edən qatar Manfalut yaşayış məntəqəsi yaxınlığındakı dəmir yol keçidlərindən birində avtobusla toqquşub.

Faciənin səbəblərinin araşdırılması ilə bağlı vilayət qubernatorunun yanında xüsusi komissiya, habelə həlak olan və yaralanan məktəblilərin valideynlərinə təcili yardım göstərilməsi üzrə komitə yaradılıb.