Qəza oldu: ölənlər var

qeza-oldu-olenler-var
Oxunma sayı: 1444



Trend bildirir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və qadın sərnişini hadisə yerində aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində həlak olublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsinin içində sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.