Qəza oldu, yük maşını aşdı - - Fotolar

qeza-oldu-yuk-masini-asdi-
Oxunma sayı: 1150



Milli.Az CTV-yə istinadən xəbər verir ki, Sabirabad rayon sakini Mehdiyev Ramil Firudin oğlunun idarə etdiyi “İSUZU” markalı ərzaq daşıyan maşın Şalyan istiqamətində hərəkətdə olarkən sürücülük vəsiqəsi olmayan 1996-cı il təvəllüdlü Şirvan səhər Hacıqəhrəmanli qəsəbə sakini Ələkbərov Etibar Xankişi oğlunun idarə etdiyi "QAZ 3110" markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində hər iki maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı hər iki avtomobil deformasiyaya uğrasa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Yük avtomobilinin sahibinə də xeyli miqdarda maddi ziyan dəyib.