Qəzada Azərbaycan vətəndaşının ölməsi təsdiqlənmədi

qezada-azerbaycan-vetendasinin-olmesi-tesdiqlenmedi
Oxunma sayı: 641

Qəzaya uğrayan təyyarə "Skat" aviaşirkətinə məxsusdur. Hadisə nəticəsində bütün sərnişinlər və ekipaj üzvü ölüb. İlkin ehtimala görə, təyyarə qəzasına qatı duman səbəb olub.

Qazaxıstanda Almatı yaxınlığında qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşının olması barədə məlumat təkzib edilib. Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov və Qazaxıstan Nəqliyyat Prokurorluğundakı mənbə məlumat verib. əslən Özbəkistandan olan Əkrəm Nizamov Qırğızıstan vətəndaşıdır.

Xatırladaq ki, daha öncə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Trend-ə bildirmişdi ki, təyyarədə ölən sərnişinlərdən biri Azərbaycan vətəndaşıdır. Onun adı Əkrəm Nizamovdur.
Qeyd edək ki, yanvarın 29-da saat 13:00 radələrində Almatı şəhərindəki aeroporta çatmağa 5 kilometr qalmış Kokşetau-Almatı marşrutu üzrə 760 saylı aviareysi həyata keçirən "Skat Aviaşirkəti" SC-nin "Chellenger-200" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 21 nəfər ölüb.

Fakt üzrə cinayət işi qaldırılıb. Hadisənin təhqiqatı ilə xüsusi hökumət komissiyası məşğul olacaq.