Qəzada həlak olanların adları - Ana və iki qızı da var

qezada-helak-olanlarin-adlari
Oxunma sayı: 6910

Sabirabadın Şəhriyar kəndində qəza nəticəsində ölənlərin kimliyi müəyyənləşib. Bu barədə “Qafqazinfo”ya  Sabirabad RİH-dən məlumat verilib. 

İH-dən bildirilib ki, qadınlar pambıq yığmaya getməyiblər.  Hazırda pambıq yığma mövsümü deyil. Onlar kəndin qırağında yerləşən pay torpaqlarını becərməyə gediblər. Yolda lapet kanala aşıb. Hazırda  hadisə ilə bağlı istintaq gedir. Həlak olanlar bu gün dəfn ediləcəklər. 

Qeyd edək ki, hadisə nəticəsinə Bağırovalar bir ailənin üzvüdür. Fatimə və Zəhra Bağırovalar bacı, Elnarə Bağırova isə onların anasıdır. Ölən bacılar isə əkizdir. 

Ölən şəxslər bunlardır:

Bağırova Elnarə -1978- ci ilo təvəllüdlü
Bağırova Zəhra- 2000- ci il təvəllüdlü
Bağırova Fatimə -2000- ci il təvəllüdlü
Həsənova Xəyalə-1983- cü il təvəllüdlü
İmanova Məlahət -1966- ci il təvəllüdlü
Qasımova Günay-1992- ci il təvəllüdlü

Günel Türksoy