Qəzada həlak olanların sayı açıqlandı

qezada-helak-olanlarin-sayi-aciqlandi
Oxunma sayı: 2853

Bu ilin ilk 3 ayı ərzində ölkənin avtomobil yollarında 374 yol qəzası baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, qəzalarda 484 nəfər zərər çəkib, onlardan 142-si həlak olub, 342-si isə yaralanıb.

Hadisələrin 43,3 faizi gündüz, 36,9 faizi gecə, 19,8 faizi isə toran vaxtı baş verib, 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib. Bütün qəzalarının 48,1 piyadaların vurulması ilə nəticələnib.

Qəzalarda ölənlərin 78,9 faizi, yaralananların isə 75,7 faizi kişilər olub.
Avtomobillərin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz azalaraq 701,6 min olub.
Xətaların 42,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması ilə bağlı olub, bu göstərici ötən illə müqayisədə 24,4 faiz azalıb.

Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.