Qəzada ölən və yaralananların adları məlum oldu - Yenilənib

Qəzada ölən və yaralananların adları məlum oldu
Oxunma sayı: 2471

Bu gün Astarada ağır qəza olub, ölən və yaralananlar var.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, “Ford” markalı yük maşını, “Mercedes” və  “Vaz-2107” markalı minik avtomobilləri  toqquşub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
 
Hadisənin təfərrüatları dəqiqləşdirilir.

***

APA-nın məlumatına görə, hadisə zamanı Lənkəran rayon sakini 1976-cı il təvəllüdlü Elgün Vaqif oğlu Rzayev ölüb.
 
Astaranın Ərçivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Həlimə Fəttah qızı Rəhimova, Maşğan kənd sakini 1996-cı il təvəllüdlü Elməddin İsayev ,1987-ci il təvəllüdlü Səadət Hacıyeva, Lənkəran sakini Azər Qəhrəman oğlu Həsənov və  Pərviz Rafiq oğlu Sadıqov xəsarət alıblar.

Xəsarət alanlardan 3-ü Astara, 2-si Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi