Qəzada ölənlərin adı açıqlandı

qezada-olenlerin-adi-aciqlandi
Oxunma sayı: 1915

Dünən gecə saatlarında Şəkidə baş verən qəzada ölən şəxslərin adı açıqlanıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, martın 19-da saat 23 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində Kiçik Dəhnə kənd sakini Allahverdi Mustafayev idarə etdiyi “VAZ-21064” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinlərindən həmkəndliləri Adəm Adıgözəlov və Murad Həşimov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd