Qəzada yaralandı, evində öldü

qezada-yaralandi-evinde-oldu
Oxunma sayı: 2525

İyulun 17-də saat 13 radələrində Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində rayon sakinləri - Nəriman Quliyevin idarə etdiyi “VAZ-2121” və S.Babayevin idarə etdiyi “Honda” markalı avtomobillər toqquşub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə xəsarət almış N.Qədimov iyulun 18-də yaşadığı evdə ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.