Qəzada yaralı sayı 42 oldu - Rəis və icra başçısı xəstəxanada +Yenilənib

qezada-yarali-sayi-42-oldu
Oxunma sayı: 8320

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı məhəllə ərazisində qeydə alınıb.

Belə ki, 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb. 
Hadisə nəticəsində 20-dən çox sərnişin yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

***

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhərində baş verən yol qəzasında yaralananların sayı 42-yə çatıb.

Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xəstəxanada yaralılara baş çəkib.