Qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib

qezali-veziyyete-dusmus-agaclara-aqrotexniki-qulluq-gosterilib
Oxunma sayı: 1472

Dünən Səməd Vurğun küçəsində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

 "Qafqazinfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.  

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş  sahə torpaqla doldurulub.