Qəzaya düşdü, əsəbdən öldü

qezaya-dusdu-esebden-oldu
Oxunma sayı: 3201

Gəncə şəhərində yol qəzası baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, noyabrın 9-da saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Faiq Kərimovun və Ağsu rayon sakini Qalib İdayətovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Bu zaman avtomobildən düşmüş F.Kərimov əsəbləşərək səs-küy saldığından onu qıcolma tutub və xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.