"Qafqazinfo" xəbər verir ki, Ağdaş Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub.
Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.
***
Anspress-in məlumatına görə, yük maşını ilə toqquşan mikroavtobus Bakıdan Qazaxa gedirmiş.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, qəza zamanı 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.
***
Baş Dövlət Yol Polis İdarəsininin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev hadisə ilə bağlı “Qafqazinfo” ya açıqlama verib. K. Əliyev bildirib ki,marşrutda məktəblilər olmayıb: “ Ağstafadan Bakıya gələn ford markalı maşın onunla eyni istiqamətdə hərəkət edən yük markalı maşını ilə toqquşub:
"Nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb”