Qəzaya düşən kişi 2 gün sonra öldü - Kimliyi bilinmir + Foto

qezaya-dusen-kisi-2-gun-sonra-oldu
Oxunma sayı: 2571

Avqustun 17-də Qubada yol nəqliyyat hadisəsində xəsarət almış naməlum kişi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, yaralı dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, 2 gün sonra dünyasını dəyişib.

Sözügedən şəxs tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmadığından kimliyi müəyyən edilə bilməyib.
Sol əlinin barmaqlarına yazılmış 1959 rəqəmlərinin təvəllüdü olduğu təxmin edilir. Digər əlamətləri isə belədir:
boyu  165-170 sm, arıq bədən quruluşlu, gözləri rəngi qonurdur.  Bədəninin müxtəlif nahiyyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb əlifbasında sözlər yazılıb. 

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Emin Kərimov