Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşları olub? - XİN-dən açıqlama

qezaya-ugramis-teyyarede-azerbaycan-vetendaslari-olub
Oxunma sayı: 3327

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bu barədə “Qafqazinfo”ya XİN Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qurum rəsmisi əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcəyini söyləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan “Aseman Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həlak olub.