Qəzetin əməkdaşını döyənlərdən biri tutuldu

qezetin-emekdasini-doyenlerden-biri-tutuldu
Oxunma sayı: 647

Bölmədə Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb, araşdırma davam edir. Polis hadisədə iştirakçı olan başqa şəxslərin də axtarışını davam etdirir.
Qeyd edək ki, noyabrrın 7-ə keçən gecə saat 03.20 radələrində “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə Şərifzadə küçəsi 3 ünvanında (ATV kanalının yaxınlığında), əməkdaşımız “Futbol+” mətbəəsindən çıxarkən baş verib.

İdmançı görkəmli, idman geyimli 4 oğlan qəfildən əməkdaşımızın idarə etdiyi 10 MR 551 nömrəli “Mercedes” markalı avtomobilin qarşısını kəsiblər.

“Mətbəənin darvazasından çıxan zaman bir nəfər yaxınlaşdı maşına, yaxınlaşan kimi sürücü tərəfdə olan qapını açdı və “Məni tanıyırsan?” dedi. Tanımadığımı demişdim ki, üz nayihəmdən təpik-yumruq zərbələri endirdi. Onun əllərini tutmaq istəyirdim ki, sağ qapını açan ikinci şəxs bu yandan zərbələr endirməyə başladı. Gördüm ki, daha iki nəfər isə bir az qabaqda gəlib-gedən olub-olmadığına nəzarət edir. Birinci iki şəxs heç bir söz demədən, səbəb göstərmədən təpik-yumruq zərbələri ilə döyməyə başladılar məni. Hətta basqınçılar avtomobilimi söndürməyimə və maşından düşməyimə də imkan vermədilər”, -deyə Vüsal Yusubov bildirdi.