Qəzetlərə 2 milyon ayrıldı - Siyahı

qezetlere-2-milyon-ayrildi-siyahi
Oxunma sayı: 633

1. 2013-cü ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;

2. Qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə birdəfəlik yardımın ayrılmasının müzakirəsi;

İclasın sədri gündəlikdəki məsələlər barədə çıxış etmək üçün sözü Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, dekabrın 4-dən 25-dək 2013-cü ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı Fonda 32 redaksiyadan layihə təklifi daxil olub.

Sonra layihə təklifləri Şura üzvlərinin müzakirəsinə verilib. Müzakirələrdə Fonda təqdim edilmiş bir layihənin müsabiqənin şərtlərinə cavab vermədiyi aşkar edilib, 31 layihə isə müsabiqənin tələblərinə uyğun olunub.

Müzakirələrin yekunu olaraq qəzetlərin dövriliyini, tirajını və yayımını nəzərə alaraq 2013-cü ilin I yarımilliyində layihələrin həyata keçirilməsi üçün 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılması qərara alınıb. Həmin qəzet redaksiyalar aşağıdakılardı;

1 525-ci qəzet 60.000
2 Ayna-Zerkalo 60.000
3 Bakı-xəbər 60.000
4 Ədalət 60.000
5 Kaspi 60.000
6 Mövqe 60.000
7 Olaylar 60.000
8 Səs 60.000
9 Yeni Azərbaycan 60.000
10 Yeni Müsavat 60.000
11 Ekspress 60.000
12 Azadlıq 60.000
13 Palitra 60.000
14 "Futbol+Qol" 40.000
15 Həftə içi 40.000
16 Azad Azərbaycan 40.000
17 Paralel 40.000
18 Xalq cəbhəsi 40.000
19 Şərq 40.000
20 Bizim yol 40.000
21 Üç nöqtə 30.000
22 Novoye Vremya 30.000
23 Futbol+ 30.000
24 Olimpiya dünyası 20.000
25 Azernews 20.000
26 Oxu məni 15.000
27 Reytinq 10.000
28 Hərbi and 8.000
29 Türküstan 8.000
30 Təhsil problemləri 8.000
31 The Business Times 8.000
Cəmi 1.247.000

İclasda Qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə birdəfəlik yardımın ayrılması məsələsi də müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı Şura üzvlərinə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun il ərzində fəaliyyəti zamanı müəyyən qədər vəsaitə qənaət edilib. İcraçı direktor qeyd edib ki, qəzetlərə birdəfəlik yardımın ayrılmasında məqsəd onların maddi-texniki bazalarını möhkəmləndirmək və internet saytlarının davamlı olaraq "on line” rejimində işləməsini təmin etməkdir. Müzakirələrdə çıxış edəm Şura üzvləri irəli sürülən təklifi dəstəklədiklərini və bunun qəzetlərin maddi durumunun yaxşılaşdırılması istiqamətində önəmli əhəmiyyət daşıdığını bildiriblər.

Sonda qəzetlərin dövriliyini, tirajını və yayımını nəzərə alaraq 31 qəzetə birdəfəlik maliyyə yardımının ayrılması il bağlı qərar qəbul olunub.

Birdəfəlik maliyyə yardımı ayrılmış qəzet redaksiyaları aşağıdakılardı;


1 525-ci qəzet 35.000
2 Ayna-Zerkalo 35.000
3 Bakı-xəbər 35.000
4 Ədalət 35.000
5 Kaspi 35.000
6 Mövqe 35.000
7 Olaylar 35.000
8 Səs 35.000
9 Yeni Azərbaycan 35.000
10 Yeni Müsavat 35.000
11 Ekspress 35.000
12 Azadlıq 35.000
13 Palitra 35.000
14 "Futbol+Qol" 20.000
15 Həftə içi 20.000
16 Azad Azərbaycan 20.000
17 Paralel 20.000
18 Xalq cəbhəsi 20.000
19 Şərq 20.000
20 Üç nöqtə 20.000
21 Novoye Vremya 20.000
22 Bizim yol 20.000
23 Olimpiya dünyası 15.000
24 Oxu məni 15.000
25 Azernews 15.000
26 Futbol+ 10.000
27 Reytinq 10.000
28 Təhsil problemləri 10.000
29 The Business Times 10.000
30 Hərbi and 10.000
31 Türküstan 10.000
Cəmi 740.000