Qəzza yenə qarışdı, İsrail hərbçisi öldü

qezza-yene-qarisdi-israil-herbcisi-oldu
Oxunma sayı: 1403

Qəzza zolağında İsrail ordusunun polkovnik-leytenantı ölüb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı İsrail Müdafiə Nazirliyinin nümayəndəsi yayıb. Bildirilir ki, hərbçi Qəzza zolağında Fələstin orudusu ilə atışma zamanı həlak olub. Polkovnik-leytenantın adı və “ÇAXAL” adı altında aparılan əməliyyatın təfərrüatları açıqlanmır. 

Qeyd edək ki, Qəzza zolağında baş verən çaxnaşmaya görə baş nazir Binyamin Netanyahu Paris səfərini dayandırıb.

Aysel Kərimova