Qəzza zolağında partlayış - Ölən və yaralananlar var

qezza-zolaginda-partlayis
Oxunma sayı: 634

Qəzza zolağının Misir sərhədi yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə terrorçu-kamikadze özünü partlatması səbəb olub.

İnsident nəticəsində təhlükəsizlik xidmətinin 1 polis əməkdaşı ölüb, daha 5-i isə yaralanıb.

“Polislər iki silahlını saxlamağa çalışarkən onlardan biri özünü partladıb”,- deyə Qəzza sektorunun daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İyaq al-Buzom bildirib.

İlkin məlumata əsasən terrorçular İŞİD qruplaşmasının üzvləri olublar.