Qəzzada daha 2 fələstinli öldürüldü

qezzada-daha-2-felestinli-olduruldu
Oxunma sayı: 805

İsrail əsgərləri Qüdsə dəstək aksiyası keçirən fələstinlilərə qarşı sərt müdaxiləsi davam edir.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, qarşıdurma zamanı biri fiziki qüsurlu olmaqla 2 fələstinli öldürülüb.

Ölən fiziki qüsurlu şəxsin 2008-ci ildə İsrailin hava hücumu zamanı iki ayağını itirdiyi məlum olub.

Bundan başqa, 82 nəfər isə yaralanıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən həftədən etibarən baş verən qarşıdurmalarda öldürülən fəslətinlilərin sayı 6-ya çatıb. Yüzlərlə yaralı var.