Qəzzada ölənlərin sayı artdı

qezzada-olenlerin-sayi-artdi
Oxunma sayı: 1034

Fələstində İsrail əsgərlərinin öldürdüyü etirazçıların sayı 61-ə yüksəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli tibbi xidmətin işçisi Əşrəf əl-Kidra məlumat yayıb. O bildirib ki, 16 yaşlı yaralı gəncin xəstəxanada dünyasını dəyişməsi ilə ölənlərin sayı artıb. 

Qeyd edək ki, ABŞ-ın səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsi fələstinlilərin etirazına səbəb olub. İsrail əsgərlərinin Qəzza sərhədinə toplaşan etirazçıları güllələməsi nəticəsində xeyli sayda ölən və yaralanan var.

Nuranə