Qəzzada toqquşma - 4 ölü, 645 yaralı

qezzada-toqqusma
Oxunma sayı: 752

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra məlumat verib.

Məlumata əsasən, tərəflər arasında toqquşmalar nəticəsində 4 nəfər ölüb, daha 645 nəfər isə xəsarət alıb. Onlardan 124-ü döyüş gülləsi ilə yaralanıb.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağı ilə sərhəddə baş verən ixtişaşlarda 3 minə yaxın fələstinlinin iştirak etdiyi barədə məlumat yayıb.