Qəzzafi əsgərləri saxta pulla aldadrımış

qezzafi-esgerleri-saxta-pulla-aldadrimis
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Anadolu” agentliyinə müsahibə verən Misrata hərbi həbsxanasının rəisi İbrahim Beytəlmal deyib ki, həbsxanada təxminən 1700 Qəzzafi tərəfdarı olan əsgər saxlanılır.
Bu əsgərlərin 110-nun Afrikann müxtəlif ölkələrindən Qəzzafi tərəfindən müzdla tutulduğunu deyən Beytəlmal, keçmiş diktatorun bu əsgərləri saxta pullarla aldatdığını bildirib. Həbsxana rəisi əsgərlərin üzərindən tapılan saxta ABŞ dollarlarını göstərib.
Beytəlmal Qəzzafi tərəfdarı kimi döyüşən əsgərlərin saxlandığı şəraitlə bağlı insan hüquqaları təşkilatı və “Qırmızı xaç” Cəmiyyəti ilə əməkdaşlıq etdiklərini deyib.