Qəzzafilər bir-birini təkzib edirlər

qezzafiler-bir-birini-tekzib-edirler-
Oxunma sayı: 632

“Əl-Ərəbiyə” telekanlına zəng edən diktatorun oğlu Sədi Qəzzafi təslim olmağa hazır olduğunu deyib. “Əl-Ərəbiyə” kanalının məlumatına görə, Sədi müxalifətin rəhbərliyi təhvil almasında problem olmadığını bildirib. Ancaq Qəzzafinin ən çox tanınan və atasının böyük müdafiəçisi olan oğlu Seyfülislamdan tamam fərqli bəyanat yayıldığı açıqlanıb.

Çərşənbə günü “əl-Rai” televiziyasına telefonla danışan Seyfülislam paytaxt Tripolidən heç yerə getmədiklərini, qələbələrinin yaxın olduğunu deyib. Sefülislam müxalifəti xəbərdar edib ki, atasının doğulduğu şəhər olan Sirtəyə hücum planından əl çəksin. Diktatorun oğlu, əks halda, müxalifətin 20 min əsgərlə döyüşdə üz-üzə qalacağını bəyan edib.