Qəzzafinin şəkli olan əskinaslar yığışdırılır

qezzafinin-sekli-olan-eskinaslar-yigisdirilir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb. Mərkəzi Bankın keçmiş Liviya diktatoru Müəmmər Qəzzafinin portreti olan əskinasların dövriyyədən çıxarılması barədə qərarı yanvarın 13-də qəbul olunub.

İlk növbədə dövriyədən 50 dinarlıq əskinaslar yığışdırılacaq. Ölkə vətəndaşları əllərində olan əllilik dinarları 2012-ci ilin yanvarın 15-dək dəyişdirə bilərlər.

Bundan sonra 20 və 1 dinarlıq əskinasların yığışdırılacağı xəbər verilir.

Qəbul olunan qərarı şərh edən Mərkəzi Bankın nümayəndəsi deyib ki, bu əskinaslar Liviya xalqına Qəzzafi diktaturasını xatırladır.