Qəzzafinin uşaqları – Aişə və qardaşları

<b>Qəzzafinin uşaqları –<font color=red> Aişə və qardaşları</b></font>
Oxunma sayı: 400

Qəddafi ikinci dəfə tibb bacısı ilə ailə qurub. Bu evlilikdən isə onun 6 oğlu və bir qızı var.
İkinci böyük oğlu Seyfülislam ixtisasca arxitektordur. Siyasətdə xüsusi aktivliyi ilə seçilir. Atasının əsas varisi hesab edilir.

Oğlanlarından biri Saadi Qəddafi peşəkar futbolçudur. İtaliya klublarında oynayıb. 2011-ci il avqustun 22-də Liviya Milli Azadlıq Ordusu tərəfindən həbs olunub.

Hannibal Müammar Əl Qəddafi neft ixracı ilə ixtisaslaşmış Ümumi Milli Dəniz Nəqliyyatı Şirkətinin keçmiş əməkdaşı olub. O, daha çox Avropada yaratdığı qalmaqalları ilə yadda qalıb. 2001-ci ildə İtaliyada polis əməkdaşına hücum edib, sərxoş vəziyyətdə maşın idarə edib və 2005-ci ildə isə Parisdə sevgilisini döyüb. 2008-ci ildə iki nəfərə hücum etdiyi üçün İsveçrə polisi tərəfindən həbs edilib. Bu hadisə Liviya və İsveçrə arasında güclü qarşıdurma yaratmışdı.

Əl- Mutasim Billah Əl Qəddafi Liviya ordusunun polkovnik-leytenantıdır. Daha sonra Liviya Milli Təhlükəsizlik Şurasında işləyib. Seyf Əl İslamdan sonra atasının real varisi hesab olunur.

Seyf Əl Ərəb “Ərəblərin qılıncı” kimi də tanınır. Almaniyanın Münhen şəhərində Texniki universitetdə təhsil alıb. O, Qəddafinin 3 nəvəsi ilə birlikdə 2011-ci ilin mayın 1-də NATO hərbi qüvvələrinin Tripolidəki evlərinə endirdiyi hava hücumları zamanı həlak olub.

Hamis Əl Qəddafi Liviya ordusunda komandir vəzifəsində çalışır. Ölümü ilə bağlı xəbər yayılsa da sonradan bunun yalan məlumat olduğu bildirilmişdi.

Qızı Aişə devrilmiş İraq lideri Səddam Hüseynin müdafiə qrupuna qoşulan hüquqşünas olub. 2004-2011-ci illərdə BMT-nin xoşməramlı səfiri vəzifəsində çalışıb. İnsanda immun çatışmazlığı virusunun yayılmasına qarşı mübarizə aparırdı.

Səidə


































































































Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi