Qəzzafiyə sığınacaq verəcək ölkə tapıldı

qezzafiye-siginacaq-verecek-olke-tapildi
Oxunma sayı: 631

Qəzzafi rejiminin keçmiş ədliyyə naziri olan Əbdülcəlil, paytaxt Tripoliyə gəlişini Şuranın bayraqlarını daşıyan coşğulu bir izdiham tərəfindən qarşılanıb. Fəaliyyətini Binqazidə davam etdirən Şura, keçən ay Tripolidə müvəqqəti hökumət qurulacağını bildirmişdi. Əbdülcəlilin səfərinin, paytaxtı ələ keçirdikdən sonra bir araya gələ bilməyən və bir-birləri ilə rəqabət aparan üsyançı qruplar üçün birləşdirici rol oynayacağı qeyd edilir.
Digər tərəfdən Liviyanın yüksək səviyyəli rəsmiləri bir-bir Nigerdə qaçmağa davam edərkən, Qərbi Afrika ölkəsi Qvineya Bisaunun baş naziri, keçmiş diktator Müəmmər Qəzzafiyə sığınacaq verə biləcəklərini açıqlayıb. Baş nazir Karlos Qomes, ölkəsindəki bir radio kanalına verdiyi müsahibədə, "Ölkəmizə yatırdığı o qədər sərmayədən sonra Qəzzafi Qvineya Bisau hökumətindən və xalqından hörmət və yaxşı rəftar görmək haqqını qazanıb”, deyib.