QHT bakılılara çağırış etdi

qht-bakililara-cagiris-etdi
Oxunma sayı: 635

Bukletdəki mətndə bildirilir ki, “Eurovision” Paytaxtının sakini adı qürur hissi yaşatmaqla bərabər, həm də hər birimizin üzərinə böyük vəzifələr qoyur: “Hazırda “Eurovision-2012”-nin yüksək səviyyədə keçirilməsi üçün paytaxtımızda kompleks işlər aparılır. Bununla belə, Bakı şəhərinin ictimai həyatında bəzən mənfi hallar da özünü göstərir. İlk növbədə paytaxt sakinləri tərəfindən küçə və parkların zibilləndirilməsi, divarlara bildirişlərin yapışdırılması, sayt ünvanlarının yazılıması, sərnişin nəqliyyatında xoşagəlməz mənzərə müasirləşən və gözəlləşən Bakı üçün mənfi çalarlar təşkil edir. Bu vəziyyətin “Eurovision” günlərində də özünü göstərməsi, Bakıya gələcək minlərlə turistin paytaxtımızla bağlı təsəvvüründə mənfi izlər buraxa bilər. Gəlin, hər birimiz paytaxtımızı təmiz saxlamaqla bu önəmli müsabiqənin layiqincə həyata keçirilməsinə öz töhfəmizi verək. Ətrafımızdakı insanları da buna sövq edək”.

Bukletdə aşağıdakı çağırışlar var:

Paytaxtımızı məişət tullantıları ilə zibilləməyək!

Siqaret kötüklərini yerə atmayın!

Divarlara elan və reklamlar yapışdırmayın!

Avtobus və taksilərdə sərnişinlərlə kobud rəftar etməyin!

Divarlara sayt və bloq ünvanlarını yazmayın!

İctimai yerlərdə yerə tüpürmək Avropada ən böyük mədəniyyətsizlik sayılır.