QHT Əməkdaşlıq Alyansı qanun layihələrinə münasibətini açıqladı

qht-emekdasliq-alyansi-qanun-layihelerine-munasibetini-aciqladi-
Oxunma sayı: 638

QHT Əməkdaşlıq Alyansı bu qanun layihələrinin vacib olduğunu və üçüncü sektorun inkişafı üçün əsas rolunu oynayacağı qənaətindədir.

QHT Əməkdaşlıq Alyansı özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında rol almasının zəruriliyini vurğulayır və qeyd edir ki, bütün dünyada özəl sektor QHT-lərlə çox yaxından əməkdaşlıq edir və bir çox sosial yönümlü layihələrin icrasını da onlara həvalə edir. Bu baxımdan, təklif edilən qanunlarda da özəl sektorun vətəndaş cəmiyyəti ilə əməkdaşlığı üçün stimullaşdırıcı bəndlər olmalıdır.

Təklif edilən qanunlarda Sosial Sahibkarlıq termininin yer alması da vacibdir. Özəl sektor üçün sosial sahibkarlıq meyarlarının da qanunla tənzimlənməsi ümumən, həm vətəndaş cəmiyyətinin, həm də bütövlükdə cəmiyyətin inkişafına, yeni iş yerlərinin açılmasına, və kasıbçılığın aradan qaldırılmasında mühüm rol oynaya bilərdi.

Sosial İnkişaf və ya Sosial Sərmayə Fondlarının yaradılması və bu tip tədbirlər üçün dövlətin güzəştlər, vergi yükünün azaldılması kimi addımlar atması da mühüm irəliləyişə gətirib çıxarardı. Bu baxımdan, qanun layihələrində bu fəaliyyət növlərinin tənzimlənməsi mövcud boşluqları doldura bilər və ona görə QHT Əməkdaşlıq Alyansı təklif edir ki, bu səsləndirilən məsələlər layihələrdə yer alsın.