QHT-lər üçün 2 milyon

qht-ler-ucun-2-milyon
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2012-ci il fəaliyyəti haqqında hesabat” tədbirində şura sədri Azay Quliyev deyib. Hesabatda QHT-nin 2012-ci il fəaliyyəti haqqında hesabatı, QHT layihələrinin üzləşdikləri problemlər, müsabiqə yolu ilə sənədlərin qəbulu məsələləri müzakirə olunub. Tədbirdə həmçinin “Maliyyələşən layihələr- 2012” kitabının təqdimatı da olub.

Şura sədri çıxışında bildirib ki, ötən il “Vətəndaş Cəmiyyəti” jurnalı işıq üzü görüb. Jurnal bütün dövlət qurumlarına, nazirliklərə, kitabxanalara təqdim olunub. A.Quliyev “qhtxeber.az” saytının Şuranın həyata keçirmiş olduğu ən uğurlu layihəs hesab edib. Bundan başqa, bildirib ki, gələn ildən QHT-lərin Şura ilə əlaqəsi elektron formada həyata keçiriləcək.

Ötən il təqdim olunan 735 layihədən 348-i prezident tərəfindən dətəklənib. Bu layihələrə ümumilkdə 2 milyon 31 min manat vəsait ayrılıb.

Gülnar