QHT-lər üçün müsabiqə elan olundu

qht-ler-ucun-musabiqe-elan-olundu
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, iclası Şuranın sədri Azay Quliyev açaraq, 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilməsi üçün hazırlıq işlərinin yekunlaşdığını bildirib.

A.Quliyev maliyyələşdirilmə istiqamətləri, layihə mövzuları və müsabiqə üçün nəzərdə tutulan məbləğlərlə bağlı Şura üzvlərinə məlumat verib. Müzakirələr zamanı maliyyə müsabiqəsinin müxtəlif müddəa və şərtlərinə aid təkliflər irəli sürülüb və onların nəzərə alınması şərtilə müsabiqənin elan edilməsi haqda qərar çıxarılıb.

Müsabiqə elanı və müvafiq sənədlər toplusu ilə Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında tanış olmaq mümkündür.

Səidə