QHT-lər üçün tədbir keçirildi

qht-ler-ucun-tedbir-kecirildi
Oxunma sayı: 639

“Qafqazinfo”ya daxil olan məlumata görə, ilk tədbir avqustun 23-də Qubada şəhər ictimaiyyətinin iştirakı ilə baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyanın məqsədi və mahiyyəti haqda məlumat verib və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini vurğulayıb. F.Qurbanov qeyd edib ki, QHT-lərin fəaliyyəti ilk növbədə Azərbaycanın milli maraqlarına xidmət etməlidir: “Ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi, Azərbaycanda gedən demokratikləşmə proseslərinin dərinləşməsi, bütövlükdə sosial sahədə, o cümlədən səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsi Şuranın fəaliyyətinin əsas prioritetləridir.”

Sessiyada yerli QHT rəhbərləri, icra strukturlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Səidə