QHT-lərə seminar keçirildi

qht-lere-seminar-kecirildi
Oxunma sayı: 646

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, QHT və layihə rəhbərləri, eləcə də media təmsilçilərinin iştirakı ilə keçən tədbiri Şuranın icraçı direktoru Fərasət Qurbanov açaraq bildirib ki, təhsillə bağlı layihələr daim şuranın maliyyələşdirdiyi prioritet istiqamətlər arasında olub. Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələri qeyd edib və yol verilmiş nöqsanlara münasibət bildirib. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb.

Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı N. Ağakişiyeva bildirib ki, 2011-ci ilin birinci yarısında təhsil məsələlərinə dair QHT təşəbbüsləri üzrə maliyyələşdirilmiş 30 layihəyə 189.000 manat vəsait ayrılıb. Onun sözlərinə görə, bu layihələr ölkənin 18 rayon və şəhərini əhatə edib, onların icrasında əməkhaqqı alan 79 nəfər iştirak edib.

Layihələr çərçivəsində 6 QHT təhsilə aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 10 QHT təlimlər və seminarlar təşkil edib, 5 QHT monitorinq və sorğular keçirib, 5 QHT kurslar yaradıb, 2 QHT debat və forum təşkil edib, 1 QHT video-treninq planını reallaşdırıb.

Nərgiz Ehlamqızı