QHT-ləri üçün məlumatlandırma sessiyası keçirilib

qht-leri-ucun-melumatlandirma-sessiyasi-kecirilib-
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, 2012-ci ildə maliyyələşdirilən layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması məqsədilə layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında keçirilən sessiya Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində baş tutub. Tədbirdə Mərkəzi Aran regionunda fəaliyyət göstərən 14 rayon təşkilatının rəhbərləri və mühasibləri iştirak ediblər.

Şura katibliyinin əməkdaşı Həsən Səmədov layihələrin idarə edilməsi, hesabatlılıq, keçirilən tədbirlərin effektivliyinin artırılması barədə danışaraq qeyd edib ki, QHT-lərin cəmiyyətdəki aktual problemlərə müdaxiləsi bütövlükdə ictimai fəallığı artırır, vətəndaş cəmiyyətinin yerlərdə möhkəmlənməsinə kömək edir. H.Səmədov bildirib ki, həyata keçirilən layihələr insanların sosial, mədəni və digər qayğıları ilə səsləşdikdə daha yüksək ictimai səmərə verir.
Layihələr üzrə maliyyə hesabatlarının təqdim edilməsilə bağlı layihə mühasiblərini Şura katibliyinin əməkdaşı Amid Mirzəyev təlimatlandırıb.