QHT-lərin konfransı olacaq

qht-lerin-konfransi-olacaq
Oxunma sayı: 658


Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda təşkil olunacaq bu tədbirdə əsas məruzə ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edəcək.

Konfransda vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, QHT fəaliyyətinin səmərəsinin artırılması, QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi və QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Tədbir 31 may 2012-ci il saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində olacaq.