QHT Məsuliyyət Xartiyası

qht-mesuliyyet-xartiyasi-
Oxunma sayı: 680

“Qafqazinfo”nun məlumatına görə, sənədləri təqdim edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, bu sənədlərin hazırlanmasında və qəbul edilməsində məqsəd yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da səmərəli qurmaq, QHT idarəetməsini təkmilləşdirmək və QHT fəaliyyətinin beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.

F. Qurbanov QHT fəaliyyətinə aid belə xartiyaların, norma və standartlarının bir çox dünya ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərin vətəndaş cəmiyyətlərində qəbul edildiyini vurğuladı. İcraçı direktorun fikrincə, “QHT Məsuliyyət Xartiyası” və “QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” sənədlərinin QHT-lər tərəfindən qəbul edilməsi ölkədə qeyri-hökumət təşkilatlarının inkişafı və təsnifatlaşdırılması, eləcə də onların fəaliyyətində şəffaflığın artırılmasına böyük təsir edəcək.

Müzakirələrdə çıxış edən QHT rəhbərləri sənədləri bəyəndiklərini və yaxın günlərdə onların yerli təşkilatlar tərəfindən qəbul edilib imzalanacağını bildirdilər.