QHT Məsuliyyət Xartiyası: müzakirə davam edir

qht-mesuliyyet-xartiyasi-muzakire-davam-edir-
Oxunma sayı: 634

Bu gün Gəncə şəhərində yerli və ətraf 9 rayonu təmsil edən QHT rəhbərlərinin iştirakı ilə ictimai fəaliyyət üçün mühüm əhəmiyyətə malik bu sənədlərin növbəti müzakirəsi keçirildi.

Sənədləri təqdim edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bldirdi ki, bu sənədlərin hazırlanmasında və qəbul edilməsində məqsəd yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da səmərəli qurmaq, QHT idarəetməsini təkmilləşdirmək və QHT fəaliyyətinin beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.

Müzakirələr geniş diskussiya şəraitində keçdi. Çıxış edən QHT rəhbərləri sənədləri əsasən bəyəndiklərini və yaxın günlərdə onların yerli təşkilatlar tərəfindən qəbul edilib imzalanacağını bildirdilər.

Tədbir iştirakçılarına Şuranın nəşri olan jurnallar, kitablar və broşurlar paylandı.

Qeyd edək ki, öncə belə müzakirələr Xaçmaz və Şəki şəhərlərində keçirilmişdir.