QHT sədri nazirliyə qarşı çıxış etdi

qht-sedri-nazirliye-qarsi-cixis-etdi
Oxunma sayı: 642

Bunu “Qafqazinfo”ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, artıq biznes qurumlarına müraciətlər də göndəriblər ki, heç kimə rüşvət verməsinlər və nəticədə malların qiyməti aşağı düşsün: “Düşünürük ki, bu təbliğat vasitəsilə 7 ay müddətində malların qiymətini 10%-ə qədər aşağı salacağıq. Təəssüflər olsun ki, şikayət və təkliflər kitabının paylanmasına İqtisadi İnkişaf Nazirliyi dəstək vermədi. Biz istehlakçının səsinin eşidilmə mexanizmini yaradırıq. Amma nədənsə, nazirlik istehlakçının səsini eşitmə mexanizmini istəmir”.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəmadi keçirdiyi monitorinqlərə gəlincə. E. Hüseynov bu qurumun keçirdiyi monitorinqlərin zəruri olduğunu, lakin qənaətbəxş olmadığını bildirib: “Onlar bazar qaydalarından istifadə etmirlər. Böyük supermarketdən 1 ədəd vaxtı keçmiş pivə çıxır, satıcını 1500 manat cərimə edirlər. O cərimə də sonradan istehlakçıdan alınır. İstənilən cərimə, rüşvət axırda istehlakçıdan alınır. Satıcı özü maraqlı olmalıdır ki, vaxtı keçmiş mal satmasın. Bunun üçün də onlar satışdan çıxarılan mallardan vergi verməməlidirlər. Hökumət inzibati metodlardan bazar metodlarına keçməlidir”.

Nigar Məmmədli