QHT sədrinin qızı dənizdə boğuldu - Fotolar

qht-sedrinin-qizi-denizde-boguldu
Oxunma sayı: 16303

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin qızı Lalə dənizdə boğulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumata görə, 33 yaşlı Lalə avqustun 4-də Xəzər dənizinin Mərdəkan hissəsində boğulub. Şahidlərin sözlərinə görə, hadisə zamanı dəniz çox dalğalı olub.

Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.