QHT sektoru və müstəqillik

qht-sektoru-ve-musteqillik
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda keçiriləcək dəyirmi masada bu sektorun 20 il ərzində keçdiyi yol nəzərdən keçiriləcək, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr təhlil olunacaq.

Tədbirdə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı olacaq.

Qeyd edək ki, tədbir saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Fatimə Kərimli