QHT Şurası kimin pulu necə xərclədiyini müzakirə edir

qht-surasi-kimin-pulu-nece-xerclediyini-muzakire-edir
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, tədbiri açan Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında qazanılan uğurlu nəticələr, eləcə də yol verilmiş nöqsanlar barədə danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb. Layihələrin icrasına nəzarəti həyata keçirən Şura əməkdaşı E.Bağırov 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilən 16 layihəyə 91.200 manat vəsait ayrıldığını diqqətə çatdırıb. O, bu layihələrin ölkənin 16 rayon və şəhərini əhatə etdiyini bildirib. Layihələrin icrasına cəlb edilən şəxslərdən 40 nəfəri aylıq əməkhaqqı alıb.

Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri Q.Budaqova, Y.Cəfərli, B.Qarayev, H.Mürsəlov, O.Ağayev, K.Abdullayeva, Ç.Gülalıyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildiriblər.
Qeyd edək ki, iyunun 29-da mədəniyyət məsələləri ilə bağlı təşəbbüslər üzrə maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək.

Səidə