QHT Şurası rayonda toplandı

qht-surasi-rayonda-toplandi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, növbəti tədbirlər Şirvan, Lənkəran və İmişli şəhərlərində olub. Respublikanın 14 şəhər və rayon mərkəzində keçirilməsi nəzərdə tutulan tədbirlərdə Şura tərəfindən QHT-lərə verilən dövlət dəstəyinin əsas istiqamətləri və prinsipləri, bu istiqamətlər üzrə görülən işlər, maliyyələşdirilən layihələr, onların nəticələri, həyata keçirilmiş təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilir. Sessiyalarda, həmçinin, Şuranın nəşri olan kitablar, jurnallar, buklet və braşuralar tədbir iştirakçılarına paylanır.

Tədbirlərdə ötən 4 il ərzində Şura 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayrıldığı vurğulanır: “On illərlə xarici donorlardan maliyyə yardımı ala bilməyən ölkə QHT-ləri Şura vasitəsilə öz layihələrini kütləvi şəkildə reallaşdırmağa başlayıblar. Şuranın milli donor fəaliyyəti QHT sektorunda böyük canlanma yaratmış, uzun illər fəaliyyətsiz qalan QHT-lər dirçəlib, paytaxtda və regionlarda yeni QHT-lərin yaranması sürətlənibdir”.

Region QHT-lərinin Şuranın elan etdiyi müsabiqələrdə iştirakını asanlaşdırmaq, onların təcrübəli QHT-lərlə rəqabət imkanlarını artırmaq üçün ötən 4 il ərzində 126 region təşkilatına 0,9 milyon manata yaxın vəsait ayrılıb. Gələn ilin ilk maliyyə yardımı müsabiqəsində region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Şura tərəfindən 240 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

Noyabrın 29-dan başlayan məlumatlandırma sessiyaları Gəncə, Bərdə, Qazax, Şəmkir və Mingəçevir şəhərlərində keçirilib. Analoji tədbirlərin Quba, Xaçmaz, Qəbələ, Şəki və digər rayonlarda da keçirilməsi planlaşdırılır.