QHT təmsilçiləri ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşdü

qht-temsilcileri-abs-dovlet-departamentinin-numayendeleri-ile-gorusdu-
Oxunma sayı: 630

“Qafqazinfo” xəbər verir ki, görüşdə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimia Birliyi, “Təmiz Dünya” İctimai Birliyi və “Hüquq Dünyası” İctimai Birliyinin təmsilçiləri də iştirak ediblər.

Qeyd edək ki, bir gün öncə ABŞ Dövlət Departamentinin nümayəndələri İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin nümayəndələri və eləcə də Azərbaycanda insan alverinə qarşı mübarizəyə dəstək verən beynəlxalq təşkilatların təmsilçiləri ilə də görüşlər keçiriblər.

Bu görüşlərin əsas məqsədi ABŞ Dövlət Departamenti tərəfindən gələn ilin mart-aprel aylarında açıqlanması gözlənilən dünyada insan alverinin vəziyyətinə dair hesabatın hazırlanması olub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti hər il dünyada insan alveri ilə bağlı vəziyyətə dair illik hesabat açıqlayır və bu ilin iyun ayında açıqlanan hesabatda Azərbaycan TVPA (ABŞ-ın trafikinq qurbanlarının müdafiəsi aktı) standartlarına tam uyğun olmayan, lakin bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün ciddi səylər göstərən ölkələrin siyahısına daxil edilib.