“Qıdıqlamadı, nə edim?” - Səidə onları bəyənmədi

qidiqlamadi-ne-edim
Oxunma sayı: 2563

Müğənni Səidə Sultan “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı olub.“Qafqazinfo” xəbər verir ki, ifaçı  10-luğu müəyyənləşdirən zaman bəstəkar Faiq Sücəddinovun iki mahnısını ən sonuncu yerdə görüb. 

O, Sevda Yahyayevaya söz ataraq “Sən ola ola” bəstəsini 10-cu yerə layiq görüb:

“Bir-birimizə qarşı mənfi fikirdə idik, zəhləmiz gedirdi, sevmirdik. Sevda sakit bir insandır. Amma sakit insanın da “saman altı su yeritmək” söhbəti var. Mahnısını sevmədim, saatlarla qulaq asa bilmərəm. Faiq Sücəddinov, (red: mahnının bəstəkarı) axır vaxtla şou-biznesdə hamıya mahnılar verir. Bəs mən?” 

Səidə daha sonra xalq artisti Zülfiyyə Xanbabayevanın sonuncu “Etiraf” mahnısını bəyənmədiyini bildirib:

“Deyəsən bu da Faiq müəllimin bəstəsidir. O, öz sözünü demiş insandır. Bəlkə bu aralar mənim zövqüm dəyişib. Ola bilər ki, Faiq Sücəddinovu başa düşə bilmirəm. Mahnı var ki, qulaq asırsan, ürəyinin telini qıdıqlayır. Qıdıqlamadı, nə edim? Zülfiyyə xanım, belə şeyə görə məndən inciyəcəksiz? İnciməyin, küsməyin. Mənim gələn dəfə çıxan klipimi ən axırıncı sıraya qoyarsın”.