Qırğız müxalifətinin liderinə korrupsiya ittihamı irəli sürülüb

qirgiz-muxalifetinin-liderine-korrupsiya-ittihami-ireli-surulub
Oxunma sayı: 648

Qırğızıstanın müxalifçi  “Ata Meken” partiyasının parlament fraksiyasının lideri haqqında korrupsiya ittihamı irəli sürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vyanada keçirilən ATƏT-in parlament sessiyasından Bişkekə qayıdarkən - fevralın 26-da Omurbek Tekebaev Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Baş Prokurorluq onun haqqında “korrupsiya” ittihamı ilə cinayət işi açıb və haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Tekebaevin rəhbərlik etdiyi partiya iki qırğız inqilabının aktiv iştirakçılarından olub. 2005-ci ildə baş verən inqilabda birinci prezident Əsgər Akaev, 2010-cu ildə baş verən inqilabda isə Akaevi əvəz edən Kurbanbek Bakiyev devrilmişdi.