Qırğızıstan prezidenti Əliyevə zəng edib

qirgizistan-prezidenti-eliyeve-zeng-edib
Oxunma sayı: 1316

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycanla Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.