Qırğızıstan Rusiya telekanallarına qadağa qoydu

qirgizistan-rusiya-telekanallarina-qadaga-qoydu
Oxunma sayı: 635

“Qafqazinfo”nun “İntefaks” istinadən verdiyi məlumata görə, xəbəri Rusiyanın Qırğızıstandakı səfirliyi yayıb.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 30-da keçiriləcək və prezident Bakiyevin devirilməsindən sonra hakimiyyətin legitimləşdirilməsinin növbəti mərhələsi olacaq. Hal-hazırda Roza Otunbaeva ölkənin keçid hakimiyyətinə başçılıq edir. Onun səlahiyyətləri dekabrın 31-də başa çatır. Qırğızıstanda keçirləcək prezident seçkilərinin təşviqat kampaniyası sentyabrın 25-də başlayıb.
“Prezidentin seçkiləri haqqında” qanunun tələbinə görə, Qırğızıstan ərazisində xarici KİV-də seçkiqabağı təşviqatın aparılması qadağan edilir. Bu ölkədə seçki kampaniyası zamanı xarici kanalların bütün xəbərlər proqramlarının canlı olaraq nümayişinə icazə verilmir.