Qırğızıstanda prezident seçkiləri başa çatıb

qirgizistanda-prezident-seckileri-basa-catib
Oxunma sayı: 1454

Bu gün Qırğızıstanda keçirilən növbəti prezident seçkilərində səsvermə prosesi başa çatıb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb. 

Qırğızıstan Mərkəzi Seçki Komissiyası səsvermədə 1 milyon 557 min 225 seçicinin iştirak etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb.

Səsvermədə hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov liderlik edir. Belə ki, o, sayılması başa çatmış 1,5 milyondan çox səsin 885 min 649-nu (55 faiz) qazanıb.

S. Jeenbekovdan sonra ən çox səs toplayan ikinci namizəd isə müxalifət partiyadan olan Omurbek Babanovdur. Siyasətçi 529 min 118 səs toplayıb ki, bu da səslərin 33 faizi hesab olunur.