Qırğızıstanda saxlanılan azərbaycanlı qadın dəlixanadan qaçdı

qirgizistanda-saxlanilan-azerbaycanli-qadin-delixanadan-qacdi
Oxunma sayı: 642

APA-nın məlumatına görə, Qırğızıstan Gömrük Müfəttişliyinin əməkdaşları oktyabrın 12-də Oş aeroportunda 974 qram heroini Rusiyaya aparmağa hazırlaşan Azərbaycan vətəndaşını həbs ediblər.

Məhkəmə-tibbi ekspertizası saxlanan qadının anlaqsız olduğu qənaətinə gəlib və o, Kızıl-Jara psixonevroloji dispanserinə müalicəyə göndərilib. DİN dispanserin baş həkiminin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və qadının dispanserdən qaçmasına şərait yaratdığını bildirir. Hazırda azərbaycanlı qadının axtarışı davam edir.

Onun qaçmasına şərait yaradan baş həkim haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə etmək maddəsi ilə cinayət işi başlanacaq.