Qırğızıstanda yeni baş nazir seçilib

qirgizistanda-yeni-bas-nazir-secilib
Oxunma sayı: 1269

Qırğızıstan parlamentində yeni baş nazirin seçilməsi üçün səsvermə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 120 mandatlı parlamentdə 115 deputat səsvermədə iştirak edib.

Bütün səsləri alan 50 yaşlı Məhhəmdkalıy Abılqaziyev yeni baş nazir seçilib.

O, yeni hökuməti formalaşdırıb və nazirlərin yarısını dəyişib.

Qeyd edək ki, sonuncu baş nazir Sapar İsakov idi. O, ölkə tarixində səlahiyyət müddəti bitdikdən sonra yenidən namizədliyini irəli sürməyən ilk baş nazir olub.